Reklam resmi
Reklam resmi

Papa XIV Leo ilk xarici səfərini Türkiyəyə etdi

Papa XIV Leo ilk xarici səfərini Türkiyəyə etdi
Dünya

Papa XIV Leo,papa kimi ilk xarici səfəri çərçivəsində Türkiyəyə gəlib.

Ajans.az xəbər verir ki,bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Vatikan liderinin səfər proqramına Atatürkün məqbərəsini ziyarət etmək, Türkiyə prezidenti ilə görüşmək, prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirmək və Hərbiyədəki Müqəddəs Ruh Katolik Kilsəsində yepiskoplar, keşişlər, diakonlar və ruhanilərlə görüşmək daxildir.

Papa həmçinin Fransa Yetimxanasını ziyarət etməyi, helikopterlə İzmirə uçmağı, Vatikandakı İstanbul ofisində yepiskoplarla görüşməyi və Sultanəhməd məscidi, Mor Efrayim Assuriya Pravoslav Kilsəsi, Müqəddəs Georgi Kilsəsi və Fənər Yunan Patriarxlığını ziyarət etməyi planlaşdırır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Papa XIV Leo Türkiyə

Digər Xəbərlər