Reklam resmi
Reklam resmi

Rusiya raket ehtiyatı yığır- XƏBƏRDARLIQ

Rusiya raket ehtiyatı yığır- XƏBƏRDARLIQ
Dünya

ABŞ-ın silahlı qüvvələr naziri Den Driskoll bildirib ki, Rusiya təkcə Ukraynanın kütləvi atəşə tutulması deyil, həm də digər mümkün hərbi əməliyyatlarda istifadə etmək üçün uzaqmənzilli raketlər istehsal etməyə başlayıb.

Ajans.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.

“Nazir ABŞ-ın sülh planının müzakirəsi zamanı Rusiyadan artan raket təhdidini qeyd edib. Avropalı diplomatlar isə bunu Vaşinqtonun Ukraynadakı müharibənin mümkün qədər tez başa çatmalı olduğuna işarəsi kimi qəbul edirlər”, - nəşr bildirib.

Qeyd olunub ki, Rusiyanın münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra hərbi istehsalını əhəmiyyətli dərəcədə azaltması ehtimalı azdır:

“Lakin sülh müqaviləsinin Moskvanı Avropa ölkələrinə qarşı raket və ya PUA hücumları üçün potensial bəhanədən məhrum edəcəyi gözlənilir. Driskolla görüşdə iştirak edən AB diplomatları Rusiyanın raket istehsalını həyəcanverici adlandırıblar”.

Mövzular:
Den Driskoll uzaqmənzilli raketlər Rusiya AB

Digər Xəbərlər