Reklam resmi
Reklam resmi

Tramp 2 hinduşkanı əfv etdi - VİDEO

Tramp 2 hinduşkanı əfv etdi - VİDEO
Dünya

ABŞ-də qeyd olunan Şükran Günü ərəfəsində Ağ Evdə “hinduşkanın əfvi” mərasimi keçirilib.

Ajans.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, mərasim Ağ Evdə qonaqların, jurnalistlərin və Milli Hindquşu Əti İstehsalçıları nümayəndələrinin iştirakı ilə keçirib.

İki hinduşka — xüsusi olaraq bu tədbir üçün hazırlanmış Qobbl və Vaddl mərasimin əsas qəhrəmanları olub. Hər iki hinduşkanın çəkisi təxminən 22,6 kq olub və onlar prezident əfvinə təqdim olunan ən iri quşlar sırasına daxildir.

Qısa çıxışdan sonra Tramp ənənəyə uyğun olaraq Qobbl və Vaddlın əfv edildiyini açıqlayıb. Quşlar ömürlərinin qalan hissəsini xüsusi quşxanada keçirəcəklər.

Qeyd edək ki, bu mərasim 1940-cı illərdən gəlir. 

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Donald Tramp

Digər Xəbərlər