Reklam resmi
Reklam resmi

Təyyarə hava limanını “iflic” edib- BU ÖLKƏDƏ...

Təyyarə  hava limanını “iflic” edib- BU ÖLKƏDƏ...
Dünya

Vilnüs Beynəlxalq Hava Limanı LOT Polish Airlines-a məxsus təyyarənin uçuş-enmə zolağından çıxması səbəbindən bağlanıb. 

Ajans.az xəbər verir ki,hadisə barədə hava limanının sözçüsü Tadas Vasiliauskas məlumat verib.

“Varşavadan gələn təyyarə perrona doğru gedərkən uçuş-enmə zolağından çıxıb. Hadisə zamanı heç kim xəsarət almayıb”, — deyə Vasiliauskas bildirib.

Qeyd olunur ki, hadisə saat 13:43-də əlverişsiz hava şəraiti, xüsusilə Vilnüsdə güclü qar yağması fonunda baş verib. Hava limanının fəaliyyəti hazırda bərpa olunmayıb.

Mövzular:
təyyarə hava limanı

Digər Xəbərlər