Reklam resmi
Reklam resmi

Yaşayış kompleksindəki yanğında 13 nəfər HƏLAK OLDU - Bu ölkədə

Yaşayış kompleksindəki yanğında 13 nəfər HƏLAK OLDU - Bu ölkədə
Dünya

Honkonqun Tay Po rayonundakı Təxminən 4600 insanın yaşadığı yaşayış kompleksində yanğın hələ də davam edir.

Ajans.az BBC-yə istinadən xəbər verir ki, ilkin açıqlamalara görə, yanğın nəticəsində indiyə qədər ən azı 13 nəfər həlak olub.

Həlak olan 13 nəfərdən 9-u hadisə yerində ölü elan edilib. Honkonq hakimiyyət orqanlarının məlumatına görə, 15 nəfər yaralanıb. Eyni zamanda, yanğınla mübarizə apararkən bir yanğınsöndürən də həlak olub.

Hadisə yerinə 700-dən çox yanğınsöndürən və onlarla texnika göndərilib. 

Çin lideri Si Cinpin faciəvi hadisəylə bağlı başsağlığı verib.

Binanın içərisində neçə nəfərin qaldığı və ya yanğına nəyin səbəb olduğu hələ də məlum deyil.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

16:15

Honkonqun Tay Po rayonunda yerləşən böyük yaşayış kompleksində baş verən güclü yanğın bir neçə hündürmərtəbəli binanı əhatə edib.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, bəzi sakinlər binaların içərisində qalıb, iki nəfər isə ciddi yanıq xəsarətləri alıb. Yanğını söndürən xilasedicilər arasında da yaralananların olduğu bildirilir.

Honkonq Yanğınsöndürmə Xidməti açıqlayıb ki, Vanq Fuk Kort yaşayış kompleksində yanğın barədə ilk məlumat yerli vaxtla saat 14:51-də (Bakı vaxtı ilə 10:51) daxil olub. Təxminən 40 dəqiqə sonra — saat 15:34-də (Bakı vaxtı ilə 11:34) — yanğının təhlükə səviyyəsi şkalanın ikinci ən yüksək dərəcəsi olan 4-cü kateqoriyaya qaldırılıb.

Təxminən 2 min mənzildən ibarət səkkiz hündürmərtəbəli blokdan qurulan Vanq Fuk Kort kompleksinin bir neçə qülləsinin xarici hissəsində bambuk iskələlərin olması yanğının daha sürətlə yayılmasına səbəb ola bilər.

Hadisə ilə əlaqədar Honkonqun Nəqliyyat Departamenti Tay Po magistral yolunun böyük bir hissəsinin bağlandığını, avtobus marşrutlarının isə müvəqqəti olaraq dəyişdirildiyini bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib, xilasetmə və söndürmə işləri isə davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Mənzil kompleksi Honkonq

Digər Xəbərlər