Reklam resmi
Reklam resmi

BMT yeni Baş katibin seçilməsi prosesinə start verib

BMT yeni Baş katibin seçilməsi prosesinə start verib
Dünya

BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası dünya təşkilatının yeni Baş katibinin seçilməsi prosesinə rəsmi olaraq başlayıb.

Ajans.az xəbər verir ki,bu barədə qurumun iki əsas orqanının yaydığı birgə məktubda qeyd olunur. Sənəd, noyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Syerra-Leonenin BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti tərəfindən açıqlanıb.

Birgə məktubda vurğulanır ki, BMT-nin tarixində bu vəzifəyə heç vaxt qadın təyin edilməyib və bununla əlaqədar üzv dövlətlər qadın namizədləri irəli sürməyə təşviq olunur. Sənəddə həmçinin Baş katibin seçilməsində regional müxtəlifliyin təmin edilməsinin vacibliyi qeyd edilir.

Qaydalara əsasən, BMT Baş katibi postuna namizədlər yalnız üzv dövlətlər tərəfindən irəli sürülə bilər. Hər ölkə bir və ya bir neçə namizəd təqdim etmək hüququna malikdir. Bunun üçün həmin dövlət Təhlükəsizlik Şurası və Baş Assambleya prezidentlərinə rəsmi məktub göndərməlidir. Namizədlər isə müraciətləri ilə yanaşı, BMT-nin inkişafı ilə bağlı öz baxışlarını və maliyyə mənbələri barədə məlumatı təqdim etməlidirlər. Əgər namizəd hazırda BMT qurumlarından birində çalışırsa, məktubda qeyd olunur ki, “maraqların toqquşmasının qarşısını almaq üçün seçki kampaniyası dövründə işini müvəqqəti dayandırmağı nəzərdən keçirməlidir”.

Yeni Baş katibin seçilməsi gələn ilin iyul ayının sonuna planlaşdırılıb. İndiyədək iki şəxs bu vəzifəyə maraq göstərdiyini açıqlayıb: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi və BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekka Qrinspan.

Hazırkı Baş katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
BMT Baş katibi

Digər Xəbərlər