ABŞ-nin büdcə kəsiri 284 milyard dollara çatdı
ABŞ-nin büdcə kəsiri oktyabr ayında 284 milyard dollara çatıb.
Ajans.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
ABŞ hökümətinin xəzinədarlıq rəsmisinin sözlərinə görə, 2026-cı maliyyə ilinin ilk ayı üçün büdcə nəticələri bir çox federal qurumların 43 günlük fəaliyyətini dayandırması səbəbindən gecikib. Nəticədə, bəzi ödənişlərin, məsələn, dövlət işçilərinin maaşları gecikib.
Cari ilin oktyabr ayındakı büdcə kəsiri 2024-cü ilin oktyabr ayında elan edilən 257 milyard dollarlıq kəsirdən 27 milyard dollar və ya 10% çox olub.
Noyabr ayı üçün ödənişlər də daxil olmaqla, oktyabr ayı üçün xərclər 2024-cü ilin oktyabr ayında 584 milyard dollardan 18% artaraq 689 milyard dollar təşkil edib.
Federal qanun "şatdaun" zamanı ödənilməmiş əmək haqqı və digər öhdəliklərin maliyyələşdirmə bərpa edildikdə tam ödənilməsini tələb edir.