Qonşu ölkədə qəza: ÖLƏNLƏR VAR
İranın Rəzəvi Xorasan əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Səbzevar–Bərdəskan yolunun 70-ci kilometrliyində sərnişin avtobusunun aşması nəticəsində iki nəfər həyatını itirib, 40 nəfər isə yaralanıb.
Ajans.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə Səbzevar Tibb Universitetinin Təcili Tibbi Yardım Avadanlıqları və Əməliyyatları üzrə müavini açıqlama verib. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə səkkiz nəqliyyat vasitəsi, o cümlədən təcili tibbi yardım briqadaları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.
Mövzular: