Güclü ZƏLZƏLƏ- BU ÖLKƏDƏ...
Rusiyanın Kamçatka bölgəsində noyabrın 25-də 5,2 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 129 kilometr məsafədə, Avaça körfəzinin sularında 30,1 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, noyabrın 23-də Kamçatkada 4,9 bal gücündə daha bir zəlzələ qeydə alınmışdı. Həmin zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 147 kilometr aralıda, 43,1 kilometr dərinlikdə olub.
Mövzular: