Moskvaya uçan PUA-lar vuruldu
Moskva meri Sergey Sobyanin Rusiyanın paytaxtında dördüncü PUA-nın vurulduğunu bildirib.
Ajans.az xəbər verir ki, mer bu barədə sosial media hesabında yazıb.
"Moskvaya gedən daha bir PUA məhv edilib. Qəza yerində fövqəladə xidmətlər işləyir", - o deyib . Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Moskva vaxtı ilə saat 08:00-dan 14:00-a kimi hava hücumundan müdafiə qüvvələri Rusiyanın vilayətləri üzərində Ukraynanın on pilotsuz təyyarəsini məhv edib.
Mövzular: