Reklam resmi
Reklam resmi

Ərzurumda 2000 məzar QAZILDI

Ərzurumda 2000 məzar QAZILDI
Dünya
490

Ərzurumda torpağın donmasına görə,şəhərdə qış hazırlıqları çərçivəsində 2000 məzar əvvəlcədən qazılıb. Ərzurum Böyükşəhər Bələdiyyəsi Qəbiristanlıqlar Şöbə Müdirliyi sərt qış şərtləri başlamadan görüləcək işləri vaxtında yekunlaşdırıb.

Ajans.az xəbər verir ki,torpağın sürətlə donacağını nəzərə alan qurumun əməkdaşları məzarların qazılmasını torpaq hələ yumşaq ikən tamamlayıb. Tikinti texnikası ilə,ümumilikdə 2000 məzar hazır vəziyyətə gətirilib.

Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen də hazırlıq prosesinə dair məlumat verib: "Yanvar, fevral və mart aylarında donmuş torpaq qaya kimi sərtləşir. Palandöken dağlarının ətəyində yerləşən qəbiristanlığa qışda təxminən bir metr qar yağır. Belə şəraitdə qəbirləri yalnız kompressorla qaza bilirik. Bu çətinliklərin qarşısını almaq üçün payızda tədbirlər görür və məzarların əvvəlcədən qazılmasını təmin edirik."

Şəhər rəhbərliyi bildirir ki, bu hazırlıq həm vətəndaşlara daha operativ xidmət göstərmək, həm də qışın ağır şərtlərində işin dayanmasının qarşısını almaq məqsədi daşıyır.

 

Посмотреть эту публикацию в Instagram

Публикация от Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
Ərzurum Türkiyə məzar

Digər Xəbərlər