Yasamaldakı yanğında ölənlərin üçünün kimliyi məlum oldu - YENİLƏNİB
Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ölən üç şəxsin kimliyi məlum olub.
Ajans.az xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətovadır.
Qeyd edək ki, Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
22:51
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölən üç nəfərdən ikisinin kimliyi məlum olub.
Ajans.az xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və daha bir nəfərdir.