Güclü zəlzələ baş verib- BU ÖLKƏDƏ...
Banqladeşdə 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Ajans.az “Daily Star”-a istinadən xəbər verir ki , yeraltı təkanların episentri təxminən 337 min nəfərin yaşadığı Tonqi şəhərindən 23 km şərqdə yerləşib, zəlzələnin ocağı isə 10 km dərinlikdə olub.
Zəlzələ nəticəsində paytaxt Dəkkədə üç nəfər həlak olub.
Təkanlar həmçinin Banqladeş və Hindistanın bir neçə bölgəsində də hiss edilib.
Mövzular: