Reklam resmi
Reklam resmi

İran AEBA ilə əməkdaşlıq sazişindən çıxdı

İran AEBA ilə əməkdaşlıq sazişindən çıxdı
Dünya

İran ölkədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) ekspert fəaliyyətinin bərpası üzrə sentyabr ayında Qahirədə əldə edilmiş razılaşmanı rəsmən ləğv etdiyini açıqlayıb.

Oxu.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bəyanat verib.

"Bu gün BAEA-nın baş direktoru Rafael Qrossiyə göndərilən rəsmi məktubda razılaşmanı etibarsız elan etdik", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Qahirə razılaşması BMT sanksiyalarının yenidən tətbiq olunmasına imkan verən "tətik mexanizmi"nin işə salınması ilə qüvvədən düşüb.

Mövzular:
İran AEBA

Digər Xəbərlər