Reklam resmi
Reklam resmi

Mikayıl Cabbarov Azərbaycan - İsrail Birgə Komissiyasının 4-cü iclasında iştirak etdi

Mikayıl Cabbarov Azərbaycan - İsrail Birgə Komissiyasının 4-cü iclasında iştirak etdi
Siyasət

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail Dövlətinə işgüzar səfəri zamanı Azərbaycan - İsrail Birgə Komissiyasının 4-cü iclasında iştirak edib.

Ajans.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin təşviqini vurğulayaraq ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını dəyərləndirdik. Bu addımlar iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair ortaq hədəflərimizi əks etdirir", - M.Cabbarov bildirib.

Mövzular:
Mikayıl Cabbarov

Digər Xəbərlər