Urmiya gölü qurumağa davam edir
Payızın başlanmasına və yaranmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, İranın Urmiya gölündə vəziyyət hələ də kritik olaraq qalır.
Ajans.az “Azad Iran” Telegram kanalına istinadən xəbər verir ki, su anbarının böyük hissəsi tamamilə quruyub və son görüntülər dramatik mənzərəni ortaya qoyur: köçəri quşlar, bir vaxtlar dünyanın ən böyük duz göllərindən biri kimi tanınan möhtəşəm təbii məkanın əvəzinə yaranmış geniş duz bataqlığında məskunlaşmağa məcbur olurlar.
Məlumata görə,əvvəllər təxminən 5,200 kvadrat kilometr ərazini əhatə edən və 16 metrədək dərinliyə malik olan Urmiya gölü hazırda fəlakətli vəziyyətdədir.
Mövzular: