Reklam resmi
Reklam resmi

Meta-nın süni intellekt alimi işdən ayrılacaq

Meta-nın süni intellekt alimi işdən ayrılacaq
Dünya

Amerikanın süni intellekt (Sİ) şirkəti Meta-nın baş elmi işçisi Yann LeKun ilin sonunda şirkətdən ayrılacağını açıqlayıb.

Ajans.az LeKunnun sosial mediasına istinadən xəbər verir ki, Meta ilə əməkdaşlığını davam etdirəcək, eyni zamanda süni intellekt sahəsində yeni “böyük inqilab” yaratmağı hədəfləyən öz startapını quracaq. Onun sözlərinə görə, yeni şirkət “fiziki dünyanı anlayan, davamlı yaddaşa malik və mürəkkəb hərəkət ardıcıllığını planlaşdıra bilən sistemlərə” diqqət yetirəcək. LeKun, bu inkişaf etmiş maşın zəka texnologiyasının müxtəlif sahələrdə tətbiq ediləcəyini, bəzilərinin isə Metanın kommersiya maraqları ilə üst-üstə düşəcəyini bildirib.

Meta LeKunun işdən çıxmasını The Wall Street Journal-a təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.

Nəşrin məlumatına görə, LeKun yeni startap üçün mütəxəssislər cəlb edərkən və investorlarla görüşlər apararkən yaxın günlərdə işdən çıxmasını həmkarları və tərəfdaşları ilə müzakirə edib. Turing mükafatı laureatı Yann LeKun müasir süni intellektin qurucularından biri hesab olunur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Meta süni intellekt

Digər Xəbərlər