Ukrayna 1000 həlak olmuş hərbçinin cəsədinin təhvil verildiyini açıqladı
Hərbi Əsirlərlə Mübarizə üzrə Koordinasiya Qərargahı bildirib ki, "Rusiya tərəfinin məlumatına görə, Ukrayna hərbçilərinə məxsus olan" daha 1000 cəsəd Ukraynaya qaytarılıb. Repatriasiya edilən cəsədlərin şəxsiyyəti müəyyən ediləcək.
Ajans.az Ukrayna KİV-nə istinadən xəbər verir ki,cəsədlərin mübadiləsi bu yay İstanbulda keçirilən danışıqlar zamanı əldə edilən razılaşmalar çərçivəsində həyata keçirilir. Rusiya hələlik mübadiləni rəsmi olaraq elan etməyib.
İnterfaks mənbələrinin məlumatına görə, Ukrayna tərəfi həlak olan 1000 Ukrayna əsgərinin müqabilində həlak olmuş 30 rus əsgərinin cəsədini təhvil verib.
Mövzular: