ABŞ-da ölüm dalğası: Bir ayda beşinci ölüm qeydə alınıb
Floridanın Disney World əyləncə kompleksində bu ay artıq beşinci ölüm hadisəsi baş verib.
Ajans.az New York Post-a istinadən xəbər verir ki, naməlum səbəblərlə müşahidə olunan ölüm halları 14 oktyabrda kurort ərazisində başlayıb.
Orange County Tibbi Ekspertiza İdarəsinin məlumatına görə, şəxsiyyəti açıqlanmayan bir kişi qəfil yerə yıxılıb və bir neçə dəqiqə sonra ölü elan edilib. İdarədən bildirilib ki, hadisə Disney-in Saratoga Springs Resort ərazisində baş versə də, ölüm işi üzrə yurisdiksiyadan imtina olunub. Məlumatda qeyd olunur ki, mərhumun cəsədi şəxsi həkiminə təhvil verildiyindən ölüm səbəbi açıqlanmır.
Nəşrin məlumatına əsasən, sirli ölüm dalğası 31 yaşlı qadın ziyarətçinin ölü tapılması ilə başlayıb. Bir neçə gün sonra kurortda 60 yaşlı kişi, daha sonra isə 28 yaşlı kişi və 40 yaşlı qadın həyatını itirib.
Mövzular: