Ajans.az xəbər verir ki, mütəxəssislər müəssisələrin yenidən təşkili, fəaliyyətin dayandırılması, mövsümi işlərin bitməsi və süni intellektin tətbiqi nəticəsində ixtisarların artmasını iş yerlərinin bağlanmasında səbəblər olaraq göstərirlər.
Ekspertlər hesab edir ki, sahibkarların sosial sığorta və vergi öhdəliklərinin yüksək olması iş yerlərinin bağlanmasına təsir edir. Bu yükün azaldılması vəziyyəti yüngülləşdirə bilər.
Millət vəkili Musa Quliyev bildirir ki, açılan iş yerlərinin sayı bağlananları üstələyir. Bu ilin sonunadək 100 min, gələn il isə sosial həssas qruplar üçün təxminən 15 min yeni iş yerinin açılması planlaşdırılır.
Bağlanmaların 27%-i müəssisələrin tam dayanması, 72,7%-i isə ixtisarlarla bağlıdır.
Daha ətraflı: