Reklam resmi
Reklam resmi

Prezident İTTİHAM EDİLDİ- Bu ölkədə

Prezident İTTİHAM EDİLDİ- Bu ölkədə
Dünya
326

Argentina prezidentini kriptovalyuta qalmaqalında məsuliyyətdə ittiham ediblər.

Ajans.az xəbər verir ki, Argentina parlamentinin $Libra kriptovalyutası ilə bağlı qalmaqalı araşdıran komissiyası belə qənaətə gəlib ki, bu aktivin işə salınması ilə bağlı sxem ölkənin prezidenti Xavyer Mıleyin iştirakı olmadan mümkün ola bilməzdi. Bu barədə “Vətəndaş Koalisiyası” müxalifət partiyasından olan deputat Maksimiliano Ferraroya istinadən TASS məlumat yayıb.

Deputatın sözlərinə görə, Mıley texniki məlumatların, sənədlərin və şahid ifadələrinin təhlili əsasında qalmaqalda məsuliyyət daşımaqda ittiham edilib. O bildirib ki, Mıleyin token yaradıcıları ilə görüşləri də sənədlərlə təsdiqlənib.

Fevralın ortalarında eksantrik Argentina prezidenti sosial şəbəkə "X"də kiçik biznesə investisiya cəlb edəcəyini iddia etdiyi layihə barədə məlumat paylaşaraq, abunəçilərini libertar partiya La Libertad Avanza (“Azadlıq irəliləyir”) adını xatırladan $Libra adlı kriptovalyutaya investisiya qoymağa çağırmışdı. Mıley əvvəlcə tokeni tapa bilmək üçün sayt bağlantısı və kriptobirja ünvanı paylaşmış, bir neçə saat sonra isə həmin paylaşımları silərək layihəni dəstəkləməkdən imtina etmiş və detallar məlum olmadığı üçün məlumat yaymağa davam etməməyə qərar verdiyini bildirib.

Bunun fonunda mem-koinin dəyəri kəskin şəkildə yüksəlib, daha sonra eyni sürətlə çöküb və bir çox vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib. Mıley həmin vaxt tokenin qiymətinin düşməsindən “maksimum dörd-beş” argentinalının zərər gördüyünü, əsas investorların isə “çinlilər və amerikalılar” olduğunu iddia etmişdi. Qeyd olunur ki, bir neçə ay ərzində icra hakimiyyəti nümayəndələri qalmaqalla bağlı komissiyaya izahat verməyə müvəffəq olmayıblar. Hazırda 200 səhifəlik, 114 min zərərçəkənin adının yer aldığı hesabat artıq Deputatlar Palatasına təqdim edilib.

Mövzular:
Argentina Kriptovalyuta qalmaqalı Maksimiliano Ferraro

Digər Xəbərlər