Reklam resmi
Reklam resmi

"Google"un bu günə qədərki ən ağıllı süni intellekti: "Gemini 3" GƏLİR

\"Google\"un bu günə qədərki ən ağıllı süni intellekti: \"Gemini 3\" GƏLİR
Maraqlı

"Google", süni intellekt yarışında sürətini artırmağı hədəflədiyi yeni süni intellekt modeli "Gemini 3"ü təqdim edib.

Ajans.az xəbər verir ki, "Google", əvvəlki versiyalardan fərqli olaraq, "Gemini 3" ilə ilk dəfə yeni bir modeli təqdim olunduğu gün öz axtarış sisteminə və tərtibatçı platformalarına inteqrasiya etdi.

"Gemini 3" ilə bağlı açıqlama verən "Google"un baş direktoru Sundar Pichai, “Bu, indiyə qədərki ən ağıllı modelimizdir” deyə bildirib.

Texniki imkanları ilə əvvəlki modellərdən seçilən "Gemini 3", "Google"un açıqlamasına görə təkcə məzmun yaratmaqla kifayətlənmir, həm də “konteksti və niyyəti anlama” sahəsində ciddi performans artımı vəd edir.

"Google"un daxili testlərinə əsasən, Gemini 3-ün "Deep Think"(Dərin düşünmə) modu təfəkkür qabiliyyətini daha da yüksəldərək "Humanity’s Last Exam" testində 41%-ə, GPQA Diamond testində isə 93.8%-ə çatıb və Anthropic ilə OpenAI-nin ən inkişaf etmiş modellərini geridə qoyan nəticələr göstərib.

"Gemini 3"ə əlavə olaraq "Google" uzun müddətdir üzərində çalışdığı Gemini Agent-i də təqdim edib. "Google"un CTO-su Koray Kavukçuoğlu bildirib ki, bu agent e-poçtların təşkilindən tutmuş səyahət rezervasiyalarına qədər çoxmərhələli tapşırıqları müstəqil şəkildə yerinə yetirə bilir.

"Google" həmçinin "Gemini" interfeysində dəyişikliklər edərək proqram təminatı komandalarını hədəfləyən "Antigravity" adlı yeni tərtibatçı platformasının önizləməsini təqdim edib. Bu platforma süni intellekt agentlərinə layihə üçün plan hazırlamağa və kodu müstəqil şəkildə yazmağa imkan verir.

"Google" ekosisteminin mərkəzinə yerləşdirilən "Gemini" ilə bağlı statistikalar da paylaşılıb. Mətbuat məlumatına görə, "AI Overviews" aylıq 2 milyard istifadəçiyə, "Gemini" tətbiqi isə 650 milyon istifadəçiyə çatıb.

Mövzular:
"Google" Süni intellekt "Gemini 3"

Digər Xəbərlər