Rusiyanın sərhəd bölgəsində AĞIR DÖYÜŞLƏR
Rusiyanın sərhəd bölgəsində “Şimal” qruplaşmasının iştirakı ilə ağır mövqe döyüşləri gedir.
Ajans.az xəbər verir ki, bu barədə məlumat Rusiyadakı hərbçilərlə əlaqəli “İki mayor” (“Два майора”) adlı Telegram kanalının paylaşımında yer alıb.
Məlumata görə, söhbət Kursk və Sumı vilayətlərinin sərhədi boyunca yerləşən ərazilərdən gedir. Bildirilir ki, Rusiya ərazisindən Ukrayna Silahlı Qüvvələrinin (USQ) mövqelərinə artilleriya zərbəsi endirilib.
“Tetkino və Qluşkov istiqamətlərində artilleriya düşmənə Rıjevka və İskriskovşina rayonlarında zərbələr endirib”, — deyə layihənin müəllifləri qeyd edirlər. USQ-nin itkiləri barədə məlumat verilmir.
Bundan əvvəl xəbər verilmişdi ki, USQ ABŞ istehsalı olan ATACMS raketləri ilə Rusiya regionuna hücum edib.
Mövzular: