Diabet xəstələrinə bu ölkəyə viza MƏHDUDLAŞDIRILDI
Ağ Evin Mətbuat Katibinin müavini Anna Kelli bildirib ki, Dövlət Departamenti ABŞ konsulluqlarında diabet, piylənmə və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün viza vermə nisbətini məhdudlaşdıran yeni qaydaları təsdiqləyib.
Ajans.az Politico-ya istinadən xəbər verir ki, “100 ildir ki, Dövlət Departamentinin siyasəti vergi ödəyicilərinə maliyyə yükü yarada biləcək müraciət edənlərə viza verməkdən imtina etmək hüququnu özündə ehtiva edir. Məsələn, ABŞ-da dövlət tərəfindən maliyyələşdirilən səhiyyə xidmətləri axtaranlar vətəndaşlardan səhiyyə resurslarını tükəndirə bilərlər. Tramp administrasiyası nəhayət bu siyasəti tam şəkildə həyata keçirir”.
Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot isə izah edib ki, indiki administrasiya ölkə vətəndaşlarının maraqlarını birinci yerdə tutur və bu səbəbdən konsulluqların viza verərkən müraciət edənlərin ABŞ büdcəsinə əlavə xərc gətirə biləcək sağlamlıq vəziyyətini nəzərə alması vacibdir.
“The Washington Post” qəzetinin yazdığına görə, yeni qaydalara əsasən konsulluq əməkdaşları viza qərarı verərkən ərizəçinin diabet, piylənmə, ürək-damar, tənəffüs və onkoloji kimi xroniki xəstəliklərini gözdən keçirməlidir. Təlimatda həmçinin qeyd olunur ki, konsulluq işçiləri ərizəçinin tibbi xidmətinin ABŞ üçün potensial xərclərini müstəqil şəkildə qiymətləndirməlidirlər.
Diplomatik mənbələrdən birinin sözlərinə görə, Dövlət Departamenti əcnəbilərin ölkəyə girişini məhdudlaşdırmaq və ya ən azı viza prosesini yavaşlatmaq üçün yeni yollar axtarır.
Qeyd edək ki, keçmiş prezident Donald Tramp immiqrasiya siyasətinin sərtləşdirilməsini dəfələrlə müdafiə edib. O, ABŞ tarixində sənədsiz immiqrantların ən geniş deportasiya əməliyyatını həyata keçirməyi planladığını bəyan etmişdi.