Reklam resmi
Reklam resmi

Tayvanda cinayət: sosial media yazısına görə gəncə 51 saat işgəncə verilib

Tayvanda cinayət: sosial media yazısına görə gəncə 51 saat işgəncə verilib
Dünya

Tayvanda 19 yaşlı gəncin vəhşicəsinə qətlə yetirilməsi ölkədə rezonans doğurub. Hadisə ilə əlaqədar altı nəfər saxlanılıb.

Ajans.az Mothership portalına istinadən xəbər verir ki, dəstə üzvləri 19 yaşlı Çanq adlı gənci uzunmüddətli işgəncələrə məruz qoyaraq onun ölümünə səbəb olublar.

İlkin məlumata görə, hadisəyə səbəb sosial mediada yazılmış bir mesaj olub. Qurban 26 yaşlı dəstə üzvü Li ilə münasibətdə olan 17 yaşlı qıza görüş təklifi göndərib.

Li bundan xəbər tutduqdan sonra qıza özünü subay kimi təqdim etməyi və Çanqı otelə gətirməyi tapşırıb.

Nəşrin yazdığına görə, beysbol dəyənəkləri, pala və elektroşokerlərlə silahlanmış dəstə üzvləri gənci döymə, elektrik şoku və bıçaqlama da daxil olmaqla 51 saat ərzində işgəncələrə məruz qoyublar.

Çanq çoxlu qan itkisindən dünyasını dəyişib. Onun cəsədi polis tərəfindən narkotik araşdırması zamanı aşkar edilib.

Hadisə ilə bağlı Li də daxil olmaqla altı dəstə üzvü saxlanılıb və barələrində istintaq aparılır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Tayvan sosial media

Digər Xəbərlər