Reklam resmi
Reklam resmi

Qadınların 10-da 1-i bu xəstəlikdən ƏZİYYƏT ÇƏKİR - Həkimdən XƏBƏRDARLIQ

Qadınların 10-da 1-i bu xəstəlikdən ƏZİYYƏT ÇƏKİR - Həkimdən XƏBƏRDARLIQ
Sağlamlıq

MTV kanalında psixoloq Ülviyyə Murtuzovanın təqdimatında “Sənin Seçimin” verilişinin növbəti buraxılışı yayımlanıb.

Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu  Endometrioz adlanan ciddi ginekoloji xəstəlikdən danışacağıq. Ümumiyyətlə hormonal pozuntuların, qadınların ginekoloji xəstəlikləri və onun fonunda hətta ağlımıza belə gətirmədiyimiz onkoloji xəstəliyə qədər aparan ciddi fəsadları müzakirə ediblər. 

Verilişdə mövzu ilə bağlı qonaq qismində Milli Onkologiya Mərkəzinin Ginekoloq-onkoloqu Turan Nadirova iştirak edib. Turan Nadirova Endometrioz haqqında qısa məlumat verib. O bildirib ki, bu xəstəlik səssizdir. Qadının həyat keyfiyyətinə mühüm şəkildə mənfi təsir göstərən xəstəlikdir. Dünyada 10 qadından birində endometrioz var. Amma bu xəstəliyin diaqnozunun qoyulması 7-10 ilə qədər gecikir. Çünkü endometriozun əlamətlərini çox qadınlar normal hesab edir. 

Endometriozun əlamətləri:

Menstrual tsikl zamanı ağrıların olması Menstrual tsiklın güclü olması, qanaxmalarla keçməsi Menstrual tsikl arası dövrdə ifrazatların qəhvəyi olması

Bu kimi əlamətlər olduqda qadınlar "bu hamıda olur", "dözərəm" deyir və həkimə müraciət etməkdə səbəb görmürlər. Ona görə də bu xəstəlik çox sakit formada irəliləyir. 

Daha ətraflı videoda:

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
MTV kanalı Ülviyyə Murtuzova “Sənin Seçimin” Endometrioz

Digər Xəbərlər