Güclü ZƏLZƏLƏ- BU ÖLKƏDƏ...
Kiprdə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 11:32-də (Bakı vaxtı ilə 13:32-də) baş verib. Zəlzələ adanın bir sıra bölgələrində, eləcə də qonşu Livanda hiss olunub.
Hazırda dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, Kipr seysmik cəhətdən aktiv zonada yerləşir, lakin bu ərazidə baş verən zəlzələlər adətən ciddi fəsadlara səbəb olmur.
Mövzular: