Reklam resmi
Reklam resmi

İranda idmançı hicabsız videoya görə saxlanılıb

İranda idmançı hicabsız videoya görə saxlanılıb
Dünya

Tehranda yaşayan taekvondo idmançısı və gimnastika məşqçisi Haniya Şəriəti Rudpoşti, ictimai məkanda hicabsız şəkildə akrobatik hərəkətlər etdiyini əks etdirən videonu sosial şəbəkələrdə paylaşdıqdan sonra saxlanılıb.

Ajans.az "Free Iran" Telegram kanalına istinadən xəbər verir ki,idmançının hazırda harada saxlanıldığı barədə heç bir informasiya yoxdur.

Haniya Şəriəti Rudpoştinin 160 min izləyicisi olan Instagram səhifəsi də bloklanıb.

Məlumat sosial mediada və hüquq müdafiəçiləri arasında geniş rezonans doğurub.

author picture
Leyla Bayandurlu
Mövzular:
İran hicab

Digər Xəbərlər