Reklam resmi
Reklam resmi

Yasamalda nöqsanlar- ÇÖRƏK SEXİ bağlandı

Yasamalda nöqsanlar- ÇÖRƏK SEXİ bağlandı
Sağlamlıq

Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şəfiqə Qara qızı Nəcəfovaya məxsus çörək emalı müəssisəsində yoxlama keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, bişmiş çörəyin müvafiq temperaturda soyudulmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Mövzular:
çörək sexi Yasamal nöqsanlar

Digər Xəbərlər