Reklam resmi
Reklam resmi

ABŞ-də bağlanan körpü qayığa çırpıldı

ABŞ-də bağlanan körpü qayığa çırpıldı
Dünya

ABŞ-ın Florida ştatının Mayami şəhərində baş verən qəza zamanı yelkənli qayıq ilə dartma körpüsü toqquşub.

Ajans.az xəbər verir ki,qəza anı sosial mediada paylaşılan videoda əks olunub.

Videoda görünür ki, hündür dirəkli yelkənli qayıq körpü bağlanmağa başlayanda keçməyə çalışır. Qayığın dirəyi körpüyə ilişir, bu isə körpünün tam aşağı düşməsinin qarşısını alır, lakin eyni zamanda dirək qırılır. Toqquşmadan sonra yelkənli qayığın geri çəkildiyi və daha sonra təhlükəsiz şəkildə geri döndüyü görünür.

Hadisənin səbəbləri və zərər dərəcəsi barədə rəsmi açıqlama hələ verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Florida ştatı

Digər Xəbərlər