Rusiya Ukraynaya ZƏRBƏLƏR ENDİRDİ
Rusiya Hava-Kosmik Qüvvələri Kiyev vilayətinin Brovarı şəhərindəki Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Baş Elektron Kəşfiyyat Mərkəzinə və F-16 qırıcılarının yerləşdiyi Xmelnitski vilayətindəki Starokostyantinov aerodromuna zərbələr endirib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, Rusiya qüvvələri bu əməliyyatı Ukrayna kəşfiyyatının Rusiyanın MiQ-31 təyyarəsini qaçırmaq planları ilə bağlı təxribata cavab olaraq həyata keçirib.
Mövzular: