Reklam resmi
Reklam resmi

Filippində 1,4 milyondan çox insan təxliyə edilib- SƏBƏB

Filippində 1,4 milyondan çox insan təxliyə edilib- SƏBƏB
Dünya

Super “Funq Vonq” tayfunu Filippin ərazisində geniş miqyaslı dağıntılara səbəb olub və 1,4 milyondan çox insanın təxliyə edilməsinə gətirib çıxarıb.

Ajans.az xəbər verir ki,bu barədə CNN televiziya kanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Rəsmilərin açıqlamasına görə, təbii fəlakət nəticəsində ən azı dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Bəzi bölgələrdə küləyin sürəti saniyədə 64 metrə (saatda 230 kilometrə) çatıb.

Məlumata görə, Super “Funq Vonq” tayfunu noyabrın 9-da Filippin sahillərinə çatıb. Güclü külək və leysan yağışlar nəticəsində 300-dən çox daxili və beynəlxalq aviareys ləğv edilib, bir sıra bölgələrdə elektrik enerjisi və rabitə xətləri zədələnib.

Yerli hakimiyyət orqanları əhalini təhlükəsizliyə riayət etməyə və mümkün qədər təxliyə mərkəzlərində qalmağa çağırıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Filippin tayfun

Digər Xəbərlər