Reklam resmi
Reklam resmi

İsrail daha bir “Hizbullah” liderini ÖLDÜRDÜ

İsrail daha bir “Hizbullah” liderini ÖLDÜRDÜ
Dünya

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Səidə şəhəri yaxınlığında avtomobili hədəfə alaraq “Hizbullah” hərəkatının yüksək rütbəli üzvü Samir Əli Fakihin ölümünə səbəb olub.

Ajans.az xəbər verir ki,bu barədə Janubia xəbər portalı məlumat yayıb.

Məlumata görə, pilotsuz aparat Sarafand və Beisariye yaşayış məntəqələri arasındakı cənub magistral yolunda avtomobilə iki raket atıb. Fakih aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, onunla birlikdə olan digər döyüşçü isə xəstəxanaya aparılıb.

Lebanon Files portalının yazdığına görə, Samir Əli Fakih “İmam Hüseynin Xidmətçiləri” adlı xeyriyyə birliyinin rəhbəri olub.

Qeyd edək ki, noyabrın 9-da İsrailin pilotsuz təyyarələri iki “Hizbullah” üzvünü, o cümlədən Humin əl-Favqa ərazisində təşkilatın hərbi infrastrukturunu bərpa edən bir mühəndisi öldürmüşdü.

https://t.me/Ajansaz_official

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Samir Əli Fakih

Digər Xəbərlər