Reklam resmi
Reklam resmi

Böyük Britaniyada süni intellekt səbəbindən iş yerlərinin ixtisarı gözlənilir

Böyük Britaniyada süni intellekt səbəbindən iş yerlərinin ixtisarı gözlənilir
Dünya

Özəl sektor şirkətlərinin 26 faizi və dövlət sektoru təşkilatlarının 20 faizi əməliyyatlarını sadələşdirmək üçün növbəti bir il ərzində işçi sayını azaltmağı planlaşdırır. Ən çox risk altında olanlar isə aşağı vəzifələrdə çalışan əməkdaşlardır.

Ajans.az Financial Times qəzetinə istinadən xəbər verir ki, süni intellektin təsiri Böyük Britaniyada hər dörd böyük şirkətdən birində iş yerlərinin ixtisarına səbəb ola bilər.

Böyük Britaniya Kadrlar və İnkişaf İnstitutunun (CIPD) tədqiqatı göstərir ki, bu dəyişikliklər ilk növbədə maliyyə xidmətləri sektoruna təsir göstərəcək. Bu sahədə işəgötürənlərin 37 faizi süni intellektin tətbiqi ilə əlaqədar ixtisarlar gözləyir. Ardınca İT sektoru (26 faiz) və hüquq, mühasibatlıq və konsaltinq sahələri (24 faiz) gəlir.

Mütəxəssislər bildirirlər ki, süni intellektin tətbiqi istehsal və xidmət səmərəliliyini artıra bilər, lakin qısamüddətli dövrdə iş yerlərinin azalmasına gətirib çıxara bilər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya süni intellekt

Digər Xəbərlər