Reklam resmi
Reklam resmi

Tayvanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb

Tayvanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb
Dünya

Tayvanın cənubunda 5,3 bal gücündə zəlzələ baş verib.

Ajans.az xəbər verir ki,bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Kaohsiung liman şəhərindən təxminən 72,1 kilometr şimal-şərqdə, 7,8 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 13:00-da qeydə alınıb.

Agentliyin məlumatına görə, tələfat və dağıntı barədə məlumat yoxdur.

Bu, son aylarda Tayvanda baş verən bir neçə zəlzələdən növbətisidir. İyun ayının 12-də adanın şərqində 6,2 bal gücündə, oktyabrın 8-də və 18-də isə müvafiq olaraq 5,0 və 5,3 bal gücündə zəlzələlər qeydə alınıb. Oktyabrın 31-də isə Hualien dairəsində 5 bal gücündə yeraltı təkanlar baş vermişdi.

 https://t.me/Ajansaz_official

author picture
Leyla Bayandurlu
Mövzular:
Tayvan zəlzələ

Digər Xəbərlər