Lavrov: "Rubio ilə görüşməyə hazıram"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşməyə hazır olduğunu deyib.
Ajans.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Lavrov bildirib ki, Rusiyanın Ukrayna müharibəsinə son qoymaq üçün əsas şərtlərindən imtina etməyəcək
"Dövlət katibi Marko Rubio və mən müntəzəm ünsiyyətə ehtiyac olduğunu başa düşürük", - deyə Lavrov bildirib.
"Bu, Ukrayna məsələsini müzakirə etmək və ikitərəfli gündəmi təşviq etmək üçün vacibdir. Buna görə də telefonla əlaqə saxlayırıq və lazım olduqda üzbəüz görüşlər keçirməyə hazırıq", - deyə Lavrov bildirib.
Mövzular: