Yunanıstanda zəlzələ: təkanlar Türkiyədə də hiss olunub
Yunanıstan-Türkiyə sərhədi yaxınlığında yerləşən Drama şəhəri yaxınlarında 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki,Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumat verilib.
Yeraltı təkanlar Türkiyənin bəzi bölgələrində də hiss olunub.
Zəlzələ 5 noyabr tarixində, Bakı vaxtı ilə saat 11:16-da baş verib. Episentrin dərinliyi təxminən 15 kilometr olub.
Hazırda tələfat və ya dağıntı barədə məlumat verilmir.
Mövzular: