Reklam resmi
Reklam resmi

Oskar mükafatına namizəd olan aktrisa vəfat edib

Oskar mükafatına namizəd olan aktrisa vəfat edib
Dünya

Oskar mükafatına namizəd amerikalı aktrisa Dayan Ladd 89 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki,onun vəfatını qızı, məşhur aktrisa Laura Dern açıqlayıb.

Altı onillikdən çox davam edən karyerası ərzində Ladd kino və televiziyanın ən hörmətli simalarından biri hesab olunub. O, üç dəfə Oskar mükafatına namizəd olub və xüsusilə “Alice Doesn't Live Here Anymore”, “Wild at Heart” və “Rambling Rose” filmlərindəki rolları ilə tanınıb.

1991-ci ildə Ladd və qızı Laura Dern eyni filmin — “Rambling Rose”un — Oskar namizədliyinə təqdim olunaraq kino tarixində bir ilkə imza atıblar: ana və qızın eyni film üçün eyni anda namizəd göstərildiyi ilk hadisə baş verib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Oskar mükafatı Dayan Ladd

Digər Xəbərlər