ABŞ hava məkanını tamamilə bağlaya bilər
ABŞ-da davam edən hökumət bağlanması aviasiya təhlükəsizliyinə təhdid yarada bilər və bu, ölkənin hava məkanının tamamilə bağlanması ilə nəticələnə bilər.
Ajans.az xəbər verir ki,bu barədə CNBC müsahibəsində ABŞ Nəqliyyat Katibi Şon Daff bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət risk elementi daşıyır və hakimiyyət orqanları zəruri hallarda bütün uçuşları dayandırmağa hazırdır:
“Təhlükəsizliklə bağlı hər hansı təhdid yaranarsa, bütün hava məkanını bağlayacağıq. İnsanların səyahət etməsinə icazə verməyəcəyik... Hələlik bu mərhələyə çatmamışıq, sadəcə, əhəmiyyətli gecikmələr müşahidə olunur,” – deyə Daffi qeyd edib.
Mövzular: