Reklam resmi
Reklam resmi

Onun 12 övladı var: Adları eşidənlər təəccüblənir

Onun 12 övladı var: Adları eşidənlər təəccüblənir
Dünya

Türkiyədə yaşayan bir ata uşaqlarına çox fərqli və diqqət çəkən adlar verib.

Ajans.az SonDakika-ya istinadən xəbər verir ki, onları Türk mədəniyyəti və tarixindən ilhamlanaraq adlandırıb. Uşaqların adları belədir: Oğuzhan, İlbilge, Alper Tunga, Aybars Pusat, Selenge Senem, Aybike Halime, Hazercan Neşe, Ramazan Kürşat, Alperen Koray, Kurtcebe Noyan, Subutay Noyan və Börübars Sancar.

Ailənin ad siyahısı sosial mediada paylaşıldıqdan sonra minlərlə istifadəçi şərh edib. Bəziləri atanın seçimlərini Türk tarixinə və mədəniyyətinə sədaqət nümunəsi kimi qiymətləndirib, digərləri isə hər bir uşağın adını ayrı bir dastan kimi təsvir edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Türk mədəniyyəti

Digər Xəbərlər