Reklam resmi
Reklam resmi

Tramp Nigeriyanı dini təqiblərə görə təhdid edib

Tramp Nigeriyanı dini təqiblərə görə təhdid edib
Dünya

ABŞ Prezidenti Donald Tramp şənbə günü Pentaqona Nigeriyada potensial hərbi əməliyyatların planlaşdırılmasına başlamağı əmr etdiyini bildirib. O, Qərbi Afrika ölkəsində hökumətin xristianlara qarşı təqibləri cilovlaya bilməməsindən narazılığını ifadə edib.

Ajans.az France 24-ə istinadən xəbər verir ki, Tramp həmçinin xəbərdarlıq edib ki, əgər vəziyyət dəyişməzsə, Nigeriyaya bütün yardım və maliyyə dəstəyi dərhal dayandırılacaq.

Telekanalının müxbiri Kethevane Gorjestaninin təhlilinə görə, ölkədəki dini təqiblər təkcə xristianlara qarşı deyil, həm də digər dini qrupları əhatə edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər