Reklam resmi
Reklam resmi

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirildi

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirildi
Cəmiyyət

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin oğlu məlumat verib.

 O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

 "Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - deyə o bildirib.

 Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasiyentimiz Elmira Rəhimovaya mərkəzimizin Terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyası olunaraq, müvafiq müalicə üsulu təyin edilib:

 "Mərkəzimizin peşəkar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".

Mövzular:
Xalq artisti Elmira Rəhimova Bakı Sağlamlıq Mərkəzi

Digər Xəbərlər