Gürcüstanda keçmiş nazirinin evində axtarış aparılıb
Gürcüstanın keçmiş regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin evində axtarış aparılıb.
Ajans.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
"Bələdiyyə fondunun kuratoru olan keçmiş infrastruktur və regional inkişaf nazirinin müavini Koba Qabuniya vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb", – qurumdan bildirilib.
Qeyd edək ki, Karseladze bu ilin aprel ayında Regional İnkişaf və İnfrastruktur Nazirliyinin iki nazirliyə bölünməsindən sonra onun rəhbəri vəzifəsindən istefa verib.
Mövzular: