Reklam resmi
Reklam resmi

Güclü ZƏLZƏLƏ- bu ölkədə...

Güclü ZƏLZƏLƏ- bu ölkədə...
Dünya

Mütəxəssislər Kamçatka sahillərində 5,0 maqnitudalı zəlzələ qeydə alıblar.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 107 kilometr məsafədə, 33,2 kilometr dərinlikdə yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, yeraltı təkanlar regionun paytaxtında da hiss olunub. Petropavlovsk-Kamçatskidə zəlzələ 2–3 bal gücündə müşahidə edilib.

Hazırda dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kamçatka zəlzələ

Digər Xəbərlər