Güclü ZƏLZƏLƏ - Bu ölkədə
Bazar ertəsi səhər tezdən İndoneziyanın Şərqi Nusa Tenqara əyalətində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki,u barədə ölkənin Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.
Məlumata görə, sunami təhlükəsi yoxdur. Zəlzələ yerli vaxtla saat 00:04-də (Bakı vaxtı ilə 03:04) baş verib. Episentr Şimali Mərkəzi Timordan 82 kilometr şimal-qərbdə, hiposentr isə 75 kilometr dərinlikdə yerləşib.
Episentrin koordinatları 9,06 dərəcə cənub enliyi və 123,97 dərəcə şərq uzunluğu kimi qeyd olunub.
Mövzular: