ABŞ sahillərində naməlum sualtı obyekt aşkar edilib
2025-ci ilin avqust ayından bəri ən çox sirli hadisələr Kaliforniya (389) və Florida (306) sahillərində müşahidə edilib. Nəşr bildirir ki, qeydə alınan hadisələrin əksəriyyəti ABŞ sahil xəttindən 10 mil məsafədə baş verib, bunlardan 500 hadisə 5 mil məsafədə qeydə alınıb.
Ajans.az New York Post qəzetinə istinadən xəbər verir ki, Enigma tətbiqi ABŞ sularında 9,000-dən çox naməlum hərəkət edən obyekt barədə qeydlər aparıb.
150-dən çox məlumatda obyektlərin "suyun üzərində uçduğu və ya suya endiyi" bildirilir. Bu hadisələrdən biri videoya çəkilib: Florida ştatının Fort-Loderdeyl şəhəri yaxınlığında okean səthində hərəkət edən qəribə yaşıl işıqlar görüntülənib.
Mövzular: