Reklam resmi
Reklam resmi

Daha bir hava limanının fəaliyyəti DAYANDIRILDI - Bu ölkədə...

Daha bir hava limanının fəaliyyəti DAYANDIRILDI - Bu ölkədə...
Dünya

Vilnüs Beynəlxalq Hava Limanı (Litva) ölkə hava məkanında aşkar edilən meteoroloji şarlar səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Ajans.az xəbər verir ki,bu barədə Lietuvos Oro Uostai (“Litva Hava Limanları”) idarəsi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki,

“Paytaxt hava limanı təxminən saat 21:40-da (Bakı vaxtı ilə 23:40) bağlanıb.”

Məlumata görə, bu, oxşar səbəblərlə Vilnüs Hava Limanının bağlandığı ardıcıl üçüncü gecədir. Daha əvvəl hava limanı 25 və 26 oktyabr gecələrində də eyni səbəbdən fəaliyyətini dayandırmışdı.

Ümumilikdə 10 mindən çox sərnişin uçuşların təxirə salınması və dəyişdirilməsi ilə bağlı çətinliklərlə üzləşib. Cəmi 70 reys ya ləğv edilib, ya istiqaməti dəyişdirilib, ya da əvvəlki təyinat məntəqəsinə geri qaytarılıb.

Litva mediasının yazdığına görə, bəzi hallarda bu meteoroloji şarların siqaret qaçaqmalçılığı üçün istifadə oluna biləcəyi ehtimal edilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Vilnüs Beynəlxalq Hava Limanı Litva

Digər Xəbərlər