Reklam resmi
Reklam resmi

Macarıstan Rusiya neftindən imtina edə bilməz - Peter Siyarto

Macarıstan Rusiya neftindən imtina edə bilməz - Peter Siyarto
Dünya

Macarıstan enerji təchizatı məsələsinə realist yanaşır və Rusiya neftindən imtina etmək imkanında deyil.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər real baxsaq, biz Rusiya neftindən imtina edə bilmərik,” – deyə nazir vurğulayıb.

Siyartonun sözlərinə görə, enerji təchizatı məsələsinə siyasət deyil, fiziki reallıqlar prizmasından yanaşmaq lazımdır. “Siyasətlə evləri isitmək və ya soyutmaq mümkün deyil”, - nazir qeyd edib.

Mövzular:
Macarıstan Rusiya Peter Siyarto Rusiya nefti

Digər Xəbərlər