Reklam resmi
Reklam resmi

Ankarada əyləncə mərkəzinə silahlı hücum olub

Ankarada əyləncə mərkəzinə silahlı hücum olub
Dünya

Türkiyənin paytaxtı Ankaranın Yenimahalle rayonunda naməlum şəxslər əyləncə mərkəzinə silahlı hücum ediblər.

Ajans.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Hücum nəticəsində ölən və yaralanan olmayıb, amma obyektə maddi ziyan dəyib.

Məlumata görə, iki kişi nömrə nişanı olmayan motosikletdə əyləncə mərkəzinə yaxınlaşıb, atəş açaraq hadisə yerindən uzaqlaşıb.

Şübhəlilərin saxlanması üçün əməliyyata başlanılıb.

Mövzular:
Türkiyə Ankara

Digər Xəbərlər