Reklam resmi
Reklam resmi

Trampın həyatı təhlükə altındadır

Trampın həyatı təhlükə altındadır
Dünya

Ağ Ev ABŞ prezidenti Donald Trampın təhlükəsizliyindən narahatlıq bildirib. Vaşinqtonda baş verən hadisə zamanı Tramp paytaxtdakı bir restorana baş çəkmək istərkən bir qrup etirazçının ona yaxınlaşması təhlükəsizlik tədbirlərini artırmağa səbəb olub.

Ajans.az xəbər verir ki,bu barədə Axios yüksək vəzifəli mənbələrə istinadən məlumat verib.

Ağ Evin aparat rəhbəri Suzi Uayls bildirib: “Yaxınlıqda yoxlanılmayan hər kəsin prezidentə müraciət etməsi qəbuledilməzdir.”

Anonim qalmaq istəyən ABŞ Gizli Xidmətinin əməkdaşı Axios-a bildirib ki, hadisə günü restoranda masa sifariş etmiş etirazçılar da daxil olmaqla, bütün müştərilər Tramp gəlməzdən əvvəl yoxlanılıb.

Xatırladaq ki, restoran ziyarətindən sonra Tramp cinayətkarlıqla mübarizə məqsədilə Milli Qvardiya qoşunlarını başqa bir şəhərə yerləşdirmək niyyətində olduğunu açıqlayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər